Reklam resmi
Reklam resmi

Türkiyə XİN rəhbəri Rusiya səfərindən sonra Ukraynaya səfər edəcək

Türkiyə XİN rəhbəri Rusiya səfərindən sonra Ukraynaya səfər edəcək
Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Federasiyasına səfərindən sonra 2025-ci il mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların nəticələrini müzakirə etmək üçün bu həftənin sonunda Kiyevə gedəcək.

Ajans.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Məqalədə qeyd edilir ki, Moskva danışıqlar üçün potensial olaraq uyğun platforma kimi təkcə Türkiyəni deyil, Qətər, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini də nəzərdən keçirir.

Xatırladaq ki, mayın 26-da Fidan Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Siyasətçilər görüşün rəsmi hissəsindən sonra Ukrayna ətrafında baş verənləri, həmçinin iqtisadiyyat və enerji sahəsində ikitərəfli məsələləri müzakirə ediblər.

Daha əvvəl də bildirildiyi kimi, ilkin məlumatlara görə, Rusiya və Ukrayna arasında növbəti birbaşa görüş 2025-ci il iyunun ortalarında baş tuta bilər. “The Wall Street Journal”ın məlumatına görə, Vatikan danışıqların yeni mərhələsi üçün məkan ola bilər. Amma bu dəqiq deyil.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Türkiyə XİN Rusiya Səfər Kiyev Müzakirə

Digər Xəbərlər