Reklam resmi
Reklam resmi

Bakının bu ərazisində qaz kəsiləcək

Bakının bu ərazisində qaz kəsiləcək
Cəmiyyət

Sabah Bakının Yasamal rayonunun bu hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.

İşlərin yekunlaşdırılması məqsədi ilə mayın 27-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mövzular:
qaz Bakı kəsilmə Yasamal rayonu

Digər Xəbərlər