Reklam resmi
Reklam resmi

Cinayət törədərək Azərbaycana qaçan gürcüstanlı ölkəsinə EKSTRADİSİYA EDİLDİ

Cinayət törədərək Azərbaycana qaçan gürcüstanlı ölkəsinə EKSTRADİSİYA EDİLDİ
Cəmiyyət

Mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi şəhər məhkəməsinin 25.10.2023-cü il tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı, 14.08.1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Baş Prokurorluqdan Ajans.az a bildirilib ki, İrakli Berdzenadze 2025-ci ilin fevral ayında ölkəmizdə müəyyən edilərək həbs edilib. 

“Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib.

Mövzular:
Gürcüstan Cinayət Ekstradisiya

Digər Xəbərlər