Reklam resmi
Reklam resmi

Nazirlər Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə etdi

Nazirlər Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə etdi
Siyasət

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Ajans.az xəbər verir ki, bu barədə Pakistanın XİN məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə ediblər.

Nazirlər Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana gözlənilən səfəri barədə danışıblar. Həmçinin regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Mövzular:
Şahbaz Şərif nazirlər Azərbaycan səfər

Digər Xəbərlər