Reklam resmi
Reklam resmi

Kirkorovun vəkili bu barədə AÇIQLAMA VERDİ

Kirkorovun vəkili bu barədə AÇIQLAMA VERDİ
Şou Biznes

Müğənni Filipp Kirkorovu məhkəmədə müdafiə edən vəkil Aleksandr Dobrovinski onun vəziyyətindən danışıb.

Ajans.az xəbər verir ki, o, “Telegram” kanalında yazı dərc edib.

Daha əvvəl “Mash” Telegram kanalı sənətçinin konsertlərinin birində aldığı yanıq nəticəsində xəstəxanaya yerləşdirildiyini bildirib. Daha sonra sənətçinin direktoru əlaqə saxlayıb və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı təkzib etsə də, onun yanıqdan sonra planlı əməliyyatlar keçirdiyini vurğulayıb.

Dobrovinskinin sözlərinə görə, sənətçi sağalmaq və özünü bərpa etmək üçün müvəqqəti taym-aut almaq qərarına gəlib.

"Hazırda Filip Kirkorov həkimlərin nəzarəti altındadır. O, yanıqdan sağalmaq üçün bir müddət istirahət edib. Bu, zarafat deyil. Vəziyyət sabitləşən kimi sevimli Filipp Bedrosoviç işə qayıdacaq və öz yaradıcılığı ilə bizi sevindirməyə davam edəcək".

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Kirkorov Filipp Kirkorov Vəkil Dobrovinski Açıqlama

Digər Xəbərlər