Cəlal Qurbanova AĞIR İTKİ
Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şair Cəlal Qurbanova ağır itki üz verib.
Ajans.az xəbər verir ki, onun atası Cavanşir Qurbanov bu gün axşam saatlarında 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Cavanşir Qurbanov Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Güləş Federasiyasının Prezidenti, Yasamal rayonu Ağsaqallar Şurasının sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, Cavanşir Qurbanov 1995-2017-ci illərdə AGF-də çalışıb.
O, ölkə idmanında uzunmüddətli xidmətlərinə görə Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adları ilə yanaşı, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilmişdi.
Allah rəhmət eləsin!
Mövzular: