Trampın qalmaqallı diplomatiyası: Xarici siyasət ekspertləri narahatdır...
Trampın davranışı xarici siyasət ekspertləri arasında narahatlıq yaradıb.
"Ajans.az" xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. ABŞ prezidenti Donald Trampın Cənubi Afrika lideri Siril Ramafosa ilə Ağ Evdə görüşü zamanı davranışı xarici siyasət ekspertləri arasında narahatlıq yaradıb.
Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib: "Bu, insanları gəlib Trampla oturmağa sövq etmir - kim bilir, onlara necə davranılacaq? Məncə, bu, qeyri-məhsuldardır".
Nəşrin ekspertlərinin fikrincə, bu cür epizodlar təşviş doğurur, çünki Çin və Rusiyada ABŞ-ın qlobal təsirinin zəifləməsi əlamətləri kimi qəbul edilə bilər.
Mayın 22-də Tramp Ağ Evdə Cənubi Afrika prezidenti ilə görüşü zamanı ağdərili Cənubi Afrikalıların soyqırımın qurbanı olması ilə bağlı əsassız iddialar səsləndirib. Buna cavab olaraq Ramafosa amerikalı həmkarının sözlərini tənqid edib. "Etkilenen çıxışlarda gördükləriniz hökumət siyasəti deyil. Cənubi Afrikada insanların özünü ifadə etməsinə imkan verən çoxpartiyalı demokratiya var. Hökumətimizin siyasəti onun dediklərinə tamamilə, tamamilə ziddir",- deyə o bildirib.