Doğma yurda qayıdış davam edir
Daha 49 ailə doğma yurduna yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.
Ajans.az xəbər verir ki, respublikamızın müxtəlif rayonlarında məskunlaşmış 49 ailə (232 nəfər) Kəngərli kəndinə köçürülüb.
Bakı şəhərindən 3 ailə (11 nəfər), Yevlax və Mingəçevir şəhərlərində, Ağdam, Ağcabədi, Bərdə, Şəki və Oğuz rayonlarında məskunlaşmış 46 ailə (221 nəfər) Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda birləşərək azad olunmuş yurdlarına doğru hərəkət edəcəklər.
Bununla da Ağdam rayonunun Kəngərli kəndinə cəmi 109 ailə (487 nəfər) köçürüləcək.