Dəhşətli həkim SƏHVİ: Dalaq əvəzinə böyrəyi ÇIXARTDILAR - bu ölkədə
ABŞ-nin Minneapolis şəhərində cərrah həkim səhvinə görə xəstənin dalağı əvəzinə sağlam böyrəyini çıxarıb.
Ajans.az xəbər verir ki, bu barədə “CBC News” yazır.
Zərərçəkmiş Vendi Rappaport cərrahı və Allina xəstəxanalar şəbəkəsini tibbi səhvlərə görə məhkəməyə verib. 2022-ci ilin mart ayında cərrah dalağın əvəzinə sol böyrəyini çıxarmaq üçün əməliyyat keçirib, baxmayaraq ki, xəstə ona razılıq verməyib.
Əməliyyatdan əvvəl kompüter tomoqrafiyası göstərib ki, Rappaportun böyrəkləri normaldır, heç bir patologiyası yoxdur. O, əməliyyatdan sonra ağırlaşmalarla üzləşib və 2022-ci ilin may ayının sonuna kimi bir neçə həftə xəstəxanada yatıb. İndi xəstənin dializ də daxil olmaqla daimi müalicəyə ehtiyacı var.
İddia ərizəsində bildirilir ki, həkim öz peşə borcunu pozaraq Rappaporta qarşısıalınmaz zərər vurub. Bundan əlavə, Allina xəstəxanalar şəbəkəsi tibbi xidmət standartlarına cavab verməməkdə günahlandırılır, çünki əməliyyatda iştirak edən işçilər də xəstəyə lazımi qayğı göstərməyiblər.
Rappaport ən azı 50 min dollar təzminat istəyir. Cavabında Allin nümayəndələri məhkəmə sənədlərinin tam mənzərəni əks etdirmədiyini və iddiaya məhkəmədə etiraz etmək niyyətində olduqlarını söyləyiblər.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.