London təhsil forumunda Azərbaycanın inkişaf perspektivləri
Dövlətlərin inkişaf strategiyaları arasında təhsilin möhkəmləndirilməsi əsas yer tutan sahədir. Buna görə də Londonda XXI Dünya Təhsil Forumu keçirilir. Forum bir çox dövlətlərin beynəlxalq əməkdaşlığını, siyasətçilər, beynəlxalq təşkilatlar və digər şəxsləri bir araya gətirir. Dövlətlər üçün mühüm strateji əhəmiyyət daşıyan təhsil forumu Azərbaycana yenilik və inkişaf perspektivləri gətirir.
Ajans.az xəbər verir ki, Azərbaycanın forumda iştirakı təhsil səviyyəsinin yüksək səviyyəyə çatdırılması, qlobal və beynəlxalq əlaqələrin qurulması, təhsildə olan problemlərim həllinə yol tapmağa çalışması və s kimi məsələlər diqqət mərkəzinə qoyur. London forumu Azərbaycan elm və təhsili üçün yeni fürsət sayılır. Azərbaycanın burada təmsil olunması beynəlxalq arenada öz nüfuzunu və hədəflərini göstərməsinə şərait yaradır.
Bu barədə danışan Elm və Təhsil üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, bu kimi tədbirlərin keçirilməsi müəyyən qərarların alınmasında həlledici rol oynayan amillərdən biridir:

“Beynəlxalq Təhsil Forumunda Azərbaycan Respublikası Təhsil Nazirliyindən paralel olaraq, nazirliyin digər əməkdaşları da iştirak edirlər və nümayəndə heyəti ilə ölkəmiz təmsil olunur. Nəzərə çatdırım ki, hal-hazırda Londonda keçirilən 21-ci Dünya Təhsil Forumu mayın 22-nə qədər davam edəcək və burada, demək olar ki, yüzdən çox ölkənin elm və təhsil nazirləri, beynəlxalq təhsil təşkilatlarının nümayəndələri, o cümlədən digər beynəlxalq təşkilatların ekspertləri və s. iştirak edirlər.”
Mütəxəssizin sözlərinə görə, forumda iştirakımız yeni müsbət məqamdır:
“Əsas forumun keçirilməsində deviz olaraq “Stabillikdən inkişafa doğru – daha güclü və daha cəsarətli, daha yaxşı təhsil birlikdə quraq” adı altında keçirilir. Gələcək inkişaf perspektivlərinə baxsaq, biz burada müasir çağırışlar, təhsil yanaşmaları, son dövrlər texnologiyanın inkişafı ilə əlaqədar olaraq bəzi alınan qərarlar, rəqəmsallaşma, elektron dərsliklər və yaxud elektron dərslərin idarə olunması, həmçinin imtahanların keçirilməsi, müəllim hazırlığı və digər nazirliklərarası və universitetlərarası beynəlxalq əməkdaşlığı hədəfləyir.
Belə tədbirlərin keçirilməsi gələcəklə bağlı alınacaq qərarlarda mühüm əhəmiyyət kəsb edir.”
Rəqəmsallaşma və qloballaşma dövründə təhsillə bağlı forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Forum yeni inkişaf meyarlar və istiqamətlərin ortaya çıxmasına şərait yaradır. Azərbaycanın belə forumlarda aktiv iştirakı təhsilin gələcəkdəki yeniliklərini və inkişaf niyyətini ortaya qoyur. Təhsilin qlobal səviyyədə zirvəyə çatdırılmasında beynəlxalq yanaşmalar öz təsirini göstərir.
Nurcan Babək
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.