Dəhşətli YANĞIN: Qorxudan özünü binadan ATDI - ANBAAN VİDEO
İstanbulun Esenyurt şəhərində 11 mərtəbəli binanın 8-ci mərtəbəsində yanğın baş verib və alov sürətlə mənzili bürüyərkən böyük təşviş içində olan qadın özünü aşağı atıb.
Ajans.az xəbər verir ki, qadının yıxılma anı kameralar tərəfindən qeydə alınıb, polis qrupları yanğınla əlaqədar araşdırma başladıb.
Ərazi sakinləri yanğın barədə məlumat verdikdən sonra hadisə yerinə polis, yanğınsöndürənlər və tibb qrupları göndərilib. Yanan mənzildə tək yaşayan ED (37) adlı qadın təşviş içində 8-ci mərtəbədən aşağı atılıb.
Ekipajların açdığı brezentin üzərinə düşən qadın ağır yaralanıb. Hadisə yerinə gələn həkim briqadası tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra ağır xəsarət alan qadın təcili tibbi yardım maşını ilə aparılıb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: