Reklam resmi
Reklam resmi

Güclü yağışlar 5 nəfərin ölümünə SƏBƏB OLDU - Bu ölkədə

Güclü yağışlar 5 nəfərin ölümünə SƏBƏB OLDU - Bu ölkədə
Dünya

Ötən həftə sonu Çinin cənubuna dağıdıcı leysan yağdırıb.

Ajans.az xəbər verir ki, beş nəfər həlak olub, bir neçə nəfər itkin düşüb.

Zhejiang, Fujian, Guangdong və Quangxi əyalətləri üçün sarı hava xəbərdarlığı elan edilib. Bu, dağlarda daşqın riskinin artması deməkdir. Məlumdur ki, Çində dörd təhlükə səviyyəsini özündə birləşdirən hava xəbərdarlığı sistemi mövcuddur: qırmızı ən yüksək, narıncı, sarı və mavi daha aşağıdır.

Qeyd olunur ki, hakimiyyət bölgədə baş verə biləcək leysan yağışları, dağ daşqınları və geoloji fəlakətlər barədə əvvəlcədən xəbərdarlıq edib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Çin Leysan Ölüm

Digər Xəbərlər