Ajans.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson X sosial şəbəkəsində məlumat verib. Jurnalist artıq vətəninə uçur. 

"Yoahim Medin Türkiyədən İsveçdəki evinə yollanır. Bir neçə saatdan sonra təyyarəsi yerə enəcək", - deyə baş nazir yazıb.

Kristersson jurnalistin azad edilməsində göstərdikləri köməyə görə İsveç Xarici İşlər Nazirliyinə və onun avropalı həmkarlarına təşəkkür edib.