Şəhidimiz Naxçıvanda dəfn edildi - FOTO
Mayın 16-da Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədov Muxtar Bayram oğlunun nəşi doğulduğu kəndə gətirilib.
Ajans.az xəbər verir ki, doğulduğu evdə şəhidlə ailə üzvlərinin vida mərasimi keçirilib.
Sonra şəhidin nəşi Şərur şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Mərasim zamanı "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib, "Qurani-Kərimdən" ayələr və Dövlət Himni oxunub, havaya yaylım atəşi açılıb.
Nəşin üzərinə örtülmüş üçrəngli Azərbaycan Bayrağı şəhidin qardaşına təqdim olunub.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, qazilər, icra hakimiyyətinin əməkdaşları, hökumət, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mövzular: