Reklam resmi
Reklam resmi

Cəmiyyətin bəlası: Uşaqlar bu xəstəliklərlə doğulur

Cəmiyyətin bəlası: Uşaqlar bu xəstəliklərlə doğulur
Sağlamlıq

Ötən gün Dövlət Statistika Komitəsinin statistik məlumatlarına əsasən, ölkədə qohumlar arasında bağlanan nikahların sayı ötən il 1935 idi. 2024-cü ildə bu rəqəm 2034-ə yüksəlib. Buna əsas səbəb kimi yulun 1-dən qüvvəyə minəcək olan qadağa olduğu düşünülür.

Mövzu ilə bağlı "Ajans.az"a Ginekoloq Ləman Əliyeva danışıb. O, qohum evlilikləri və bu evliliklərdən doğulan uşaqlarda yaranan problemlərlə bağlı suallarımızı cavablandırıb. 

Ginekoloq bildirib ki, bu evlilikdən doğulan uşaqlarda irsi xəstəliklərin yaranma ehtimalı yüksək olur: " Bu cür evliliklərdə valideynlərin eyni genetik xəstəliyin daşıyıcısı olma ehtimalı daha yüksək olduğuna görə, bu evliliklərdən doğulan uşaqlarda irsi xəstəliklərin yaranma riski artır. Autosom-recessiv xəstəliklər – Ən çox rast gəlinənlərdir. Hər iki valideyn eyni xəstəliyin daşıyıcısı olduqda, uşaqda bu genetik xəstəliyin tam forması baş verə bilər."

" Talasemiya, Orak hüceyrəli anemiya, Kistik fibroz, Fenilketonuriya,Spinal muskulyar atrofiya (SMA), Dəyişkən dərəcəli eşitmə qüsurları (karlıq), Ağıl zəifliyi və inkişaf geriliyi, Yarık damaq-dodaq, ürək qüsurları, əqli inkişaf geriliyi, autizm spektr pozuntuları, göz və qulaq patologiyaları kimi çoxsaylı struktur və nevroloji anomaliyalar da qohum evliliklərində daha yüksək risklə ortaya çıxır.", - deyə Ləman Əliyeva əlavə edib. 

Son olaraq bu tip evliliklərdən qorunmağın vacibliyini vurğulayıb: " Qohum evlilikləri genetik baxımdan riskli sayılır və mümkün olduqca qarşısı alınmalıdır. Əgər belə bir evlilik planlaşdırılırsa, genetik məsləhət vacibdir. Gələcək nəsillərin sağlamlığını təmin etmək üçün ailələrin bu evlilik formasından çəkinməsi və maarifləndirici tədbirlərin artırılması çox önəmlidir."

Mövzular:
QOHUM EVLİLİYİ LƏMAN ƏLİYEVA İRSİ XƏSTƏLİKLƏR

Digər Xəbərlər