Reklam resmi
Reklam resmi

TEMU işlədənlərin nəzərinə: şəxsi məlumatlarınız TƏHLÜKƏDƏ!

TEMU işlədənlərin nəzərinə: şəxsi məlumatlarınız TƏHLÜKƏDƏ!
Dünya

Çinin e-ticarət platforması TEMU şəxsi məlumatların pozulmasına görə Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası tərəfindən 1,36 milyard von cərimə edilib. Temu istifadəçi məlumatlarını qorumadığı üçün tənqid edilib.

"Ajans.az" xəbər verir ki,Cənubi Koreya Çinin elektron ticarət platforması TEMU-ya sanksiya tətbiq edib. Keçən ilin aprel ayında Temu tərəfindən toplanan və istifadə edilən şəxsi məlumatlarla bağlı araşdırmaya başlayan Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası (PIPC), Şəxsi Məlumatların Mühafizəsi Qanununu pozduğuna görə Temu 1,36 milyard von (970 min dollar) cərimələməyə qərar verib. PIPC tərəfindən edilən açıqlamada, TEMU-nun Cənubi Koreya, Çin, Sinqapur, Yaponiya və digər ölkələrdəki bir çox şirkətdən müştərilərin şəxsi məlumatlarının işlənməsi və saxlanması ilə bağlı xidmətlər aldığı, lakin bunu rəsmi siyasətində qeyd etmədiyi bildirilib. Həmçinin qeyd olunub ki, TEMU müştərilərinin şəxsi məlumatlarını etibar etdiyi biznes tərəfdaşlarına informasiyanın mühafizəsi tədbirləri ilə bağlı təlim, idarəetmə və audit dəstəyi göstərməyib.

TEMU-nun 2023-cü ilin sonu etibarilə gündəlik orta hesabla 2,9 milyon Cənubi Koreyalı tərəfindən istifadə edildiyi, yerli agentinin olmadığı və üzvlük ləğvi prosesini çətinləşdirdiyi bildirildi. Buna baxmayaraq, TEMU bu yaxınlarda şəxsi məlumatların emalı siyasətini nəzərdən keçirmək, yerli agentləri təyin etmək və üzvlükdən imtina prosedurlarının bəzilərini təkmilləşdirmək kimi könüllü düzəldici tədbirlər görüb.

PIPC keçən ilin aprelində Cənubi Koreyada sürətlə inkişaf edən Çin e-ticarət platformaları TEMU və AliExpress tərəfindən toplanan və istifadə edilən şəxsi məlumatlarla bağlı araşdırmaya başlayıb. Təhqiqat başlayandan təxminən 3 ay sonra AliExpress 1,97 milyard von (təxminən 54,5 milyon) cərimə edilmiş, TEMU ilə bağlı qərar isə yerli satışları ilə bağlı kifayət qədər məlumat olmadığı üçün təxirə salınmışdı.  Hadisə yuxarıda sadalanan ölkələrdə baş verib. Amma, digər ölkələrdə bu təhlükə ilə rastlaşa bilər.

Mövzular:
TEMU ŞƏXSİ MƏLUMATLAR TƏHLÜKƏ

Digər Xəbərlər