Reklam resmi
Reklam resmi

"ABŞ Avropa ölkələrinin müttəfiqi olaraq qalır" - ESTONİYA MÜDAFİƏ NAZİRİ

\"ABŞ Avropa ölkələrinin müttəfiqi olaraq qalır\" - ESTONİYA MÜDAFİƏ NAZİRİ
Dünya

NATO-nun iyunda keçiriləcək sammitinin iştirakçıları ABŞ-ın Avropadakı hərbi mövcudluğunun gələcək formatını müəyyən edəcəklər. Bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur bildirib.

"Ajans.az" "Lenta.ru"a istinadən xəbər verir ki, Estoniyanın müdafiə naziri Hanno Pevkur NATO-nun qarşıdan gələn sammitindən danışıb.

Onun sözlərinə görə, sammit ABŞ-ın Avropadakı hərbi strategiyasının necə olacağını müəyyənləşdirməkdə mühüm rol oynayacaq. O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin hərbi xərclərini öz ÜDM-nin 5 faizinə çatdırmaqda israr edəcək. Pevkur əlavə edib ki, Estoniya bu təşəbbüsü dəstəkləyir.

O vurğulayıb ki, Vaşinqtonun sözlərinin dəyişməsinə baxmayaraq, ABŞ Avropa ölkələrinin əsas müttəfiqi olaraq qalır. O, həmçinin əlavə edib ki, çox şey Ukraynadakı münaqişənin nəticəsindən asılı olacaq və ABŞ-ın diqqətinin Hind-Sakit okean regionuna yönəldiyini qeyd edib.

Bundan əvvəl məlum olub ki, Ukraynanın NATO-ya üzvlüyü alyansın Haaqa sammitində müzakirə mövzusu olmayacaq. Eyni zamanda, alyansın Kiyevə 40 milyard dollarlıq dəstək verməklə bağlı ötən il verdiyi vədin uzadılması məsələsi müzakirə olunmayacaq.

Mövzular:
SİYASƏT NATO ABŞ AVROPA

Digər Xəbərlər