Reklam resmi
Reklam resmi

Türkiyə rəsmisi ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etməsini alqışlayıb

Türkiyə rəsmisi ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etməsini alqışlayıb
Dünya

Rəsmi Ankara ABŞ-nin Suriyaya qarşı sanksiyaları aradan qaldırmasını alqışlayıb

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ABŞ-nin Suriyaya qarşı sanksiyaları aradan qaldırmasını alqışlayıb.
Ajans.az xəbər verir ki, o, bu barədə “TRT Haber”in efirində deyib.

C.Yılmaz Ankara ilə Vaşinqton arasında yaxşı münasibətlərin olduğunu, iki ölkənin liderlərin bir-birilərini yanxşı tanıdıqlarını bildirib.

O, ABŞ-nin son qərarının Türkiyəni məmnun etdiyini diqqətə çatdırıb.

Vitse-prezident, həmçinin sanksiyaların aradan qaldırılması barədə Avropa ölkələrinə də çağırış edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Suriyaya qarşı məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Mövzular:
Ankara ABŞ Suriya sanksiya

Digər Xəbərlər