Naxçıvanda dəhşətli QƏZA
Naxçıvanda avtomobil 4 nəfəri vurub
Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.
Ajans.az APA-ya istinadən xəbər verir ki, insident şəhərin Azadlıq küçəsində qeydə alınıb.
Sərxan Babayevin idarə etdiyi 75-BN-561 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil yolu keçmək istəyən piyadalar — 2006-cı il təvəllüdlü Quliyeva Gülsüm İlqar qızı, Quliyeva Dərya Səməd qızı, İsayeva Əfsanə İsa qızı və 2005-ci il təvəllüdlü Tağıyeva Xanımzəri vurub.
Mövzular: