Trampın Suriya ilə planı nədir?
Tramp Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp Suriyaya “şans vermək” məqsədilə bu ölkəyə qarşı tətbiq olunan sanksiyaları ləğv etməyi planlaşdırdığını bəyan edib.
Ajans.az "Al Jazeera"ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Səudiyyə Ərəbistanında keçirilən investisiya forumunda çıxışı zamanı bildirib.
Söhbət sabiq prezident Bəşər Əsədin hakimiyyəti dövründə ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyalardan gedir.
Mövzular: