Reklam resmi
Reklam resmi

Azərbaycanın yeni hərbi prokuroru kimdir? - DOSYE

Azərbaycanın yeni hərbi prokuroru kimdir? - DOSYE
Cəmiyyət

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Bəhruz Əhmədov Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru təyin edilib.

Ajans.az xəbər verir ki, bu təyinatadək Bəhruz Əhmədov Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

1984-cü il təvəllüdlü B.Əhmədov Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamış yeni hərbi prokuror 2018-ci ildə Qazax hərbi prokuroru vəzifəsinə təyin edilib. Sonuncu təyinatınadək o, Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifəsini tutub.

Mövzular:
hərbi prokuror Prezident Sərəncam Bəhruz Əhmədov

Digər Xəbərlər