Reklam resmi
Reklam resmi

Azərbaycan 4 günlük iş rejiminə keçə bilər? – AÇIQLAMA

Azərbaycan 4 günlük iş rejiminə keçə bilər? – AÇIQLAMA
Cəmiyyət

Rusiyada dördgünlük iş həftəsinə keçid məsələsi yenidən gündəmə gəlib. Amma Azərbaycanda əksər iş yerləri hələ də 6 günlük qrafiklə işləyir.

Maraqlıdır, dördgünlük iş həftəsi Azərbaycanda hüquqi baxımdan tətbiq oluna bilərmi? Ümumiyyətlə, iş qrafiki necə tənzimlənməlidir ki, həm işçi, həm də işəgötürən üçün ədalətli olsun?

Suallarımızı cavablandıran hüquqşunas Tağı Hüseynov Ajans.az-a bildirib ki, müasir dövrdə bir çox ölkələrdə 4 günlük iş rejiminə keçid müzakirə olunur və uğurla tətbiq edilir:

‘’Azərbaycanda da bu modelin tətbiqi həm işçilər, həm də işəgötürənlər üçün bir sıra üstünlüklər vəd edir. Qanunvericiliyə görə, həftəlik iş vaxtı 40 saat təşkil edir. Gündəlik iş saatlarını artıraraq 4 iş gününə keçmək mümkündür. Beləliklə, nə işəgötürənin hüquqları pozular, nə də əmək məhsuldarlığı azalır. Bu qərarın ən böyük üstünlüklərdən biri tıxacların azalması olacaq. Xüsusilə Bakı kimi böyük şəhərlərdə nəqliyyat sıxlığı həm vaxt itkisinə, həm də stressə səbəb olur.

Əlavə istirahət günü insanların daha balanslı və sağlam həyat sürməsinə şərait yaradar. Bundan əlavə, süni intellektin inkişafı bir çox işlərin avtomatlaşdırılmasına imkan verir. Artıq bəzi tapşırıqlar ofisə gəlmədən, qısa zamanda ev şəraitində yerinə yetirilə bilir. Bu da iş rejimində çevikliyə şərait yaradır. Nəticə olaraq, 4 günlük iş sistemi Azərbaycanda da gündəmə gətirilməli və pilot layihələrlə sınaqdan keçirilməlidir. Bu model həm sosial rifahı artıracaq, həm də iş həyatında keyfiyyət dəyişikliyi yaradacaq’’.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans muxbir
Mövzular:
4 GÜNLÜK İŞ REJİMİ TAĞI HÜSEYNOV AZƏRBAYCAN

Digər Xəbərlər