Nebahat Çehre son görüntüsü ilə yaşını unutdurdu
Nebahat Çehre qatıldığı dəvətdə zərifliyi və sadə üslubu ilə diqqət çəkib. 81 yaşlı aktrisa fit görünüşü ilə qonaqların bəyənisini qazanıb.
Türk kinosunun unudulmaz isimlərindən olan Nebahat Çehre dünən axşam qatıldığı dəvətdə illərə meydan oxuyub. 81 yaşlı usta aktrisa zərifliyi və üslubu ilə gecədə iz qoyub, sosial şəbəkədə də böyük səs-küyə səbəb olub.
"Ajans.az" xəbər verir ki, Yeşilçamın simvolik adlarından biri olan və "Aşk-ı Memnu"da canlandırdığı obraz ilə yenidən kütlələrə tanınan Çehre qara tonlarda olan zərif geyimi ilə tədbirə qatılıb. O, minimal, lakin təsir edici üslubu və özünə inamlı davranışları ilə gecə diqqət çəkənlərdən birinə çevrilib.
Usta aktrisanın gözəl görünüşü və enerjili əhval-ruhiyyəsi qonaqlar tərəfindən bəyənilib. Tədbirin keçirildiyi məkanda çox adamın diqqət mərkəzində olan Çehre gecə boyu ona yönələn kameralara gülümsəyən pozalar verib. 81 yaşı olmasına baxmayaraq gənclik enerjisini itirməyən Nebahat Çehrenin görüntüləri qısa zamanda sosial mediada geniş əks-səda yaradıb. İzləyicilərdən “Zamanı dayandıran qadın”, “Hər dövrün ulduzu” və “Əsl zəriflik nümunəsi” kimi şərhlər yer alıb.
