Reklam resmi
Reklam resmi

Azərbaycan məktəblərində Çin dili keçiriləcək?- RƏSMİ

Azərbaycan məktəblərində Çin dili keçiriləcək?- RƏSMİ
Cəmiyyət

Azərbaycan və Çin arasında vizasız rejimin tətbiqi iki ölkə arasında iqtisadi, turizm və mədəni əlaqələrin genişlənməsinə təkan verib. Bu addım nəticəsində ölkəmizdə Çin dilinə və mədəniyyətinə olan maraq da artmaqdadır.

Maraqlıdır, bəs hazırda Çin dilinin dövlət ümumtəhsil məktəblərində tədrisi məsələsi gündəmdə varmı? Gələcəkdə bu dilin ingilis və rus dili kimi ikinci xarici dil kimi tədrisi planlaşdırılırmı?

Mövzu ilə bağlı Ajans.az–ın sorğusunu cavablandıran Elm və Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil müəssisələrində hər bir fənnin tədrisi üçün həmin sahədə ixtisaslaşmış pedaqoji heyətin və müvafiq tədris resurslarının mövcudluğu vacib şərtdir:

“Hazırda ölkədə Çin dili üzrə mütəxəssis hazırlığı ali təhsil müəssisələrində ‘Regionşünaslıq’ (Çin üzrə) və ‘Tərcümə’ (Çin dili üzrə) ixtisasları üzrə aparılır. Lakin bu istiqamətdə müəllimlik ixtisası üzrə kadr hazırlığı həyata keçirilmir. Bu səbəbdən 2025–2026-cı tədris ilində dövlət ümumi təhsil müəssisələrində Çin dilinin xarici dil kimi tədrisi planlaşdırılmır. Gələcəkdə bu məsələyə yenidən baxıla bilər.”

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans muxbir
Mövzular:
AZƏRBAYCAN ÇİN DİLİ MƏKTƏB ELM VƏ TƏHSİL NAZİRLİYİ

Digər Xəbərlər