Reklam resmi
Reklam resmi

Suriya Prezidenti sammitdə iştirak etməyəcək

Suriya Prezidenti sammitdə iştirak etməyəcək
Dünya

Suriya Prezidenti Ərəb Dövlətləri Liqasının sammitində iştirak etməyəcək

Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şibani mayın 17-də Bağdadda keçiriləcək Ərəb Dövlətləri Liqasının (ƏDL) sammitində ölkəsini təmsil edəcək.

Ajans.az xəbər verir ki, bu barədə “Əl-İxbariya” telekanalı müvəqqəti prezidentin administrasiyasına istinadən məlumat yayıb.

"Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd əş-Şəraa Bağdadda keçirilməsi planlaşdırılan sammitdə iştirak etməyəcək. Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd əş-Şibani rəhbərlik edəcək", – bəyanatda bildirilir.

Bu qərarın səbəbləri açıqlanmır. Lakin Livanın "Al Mashad" telekanalı qeyd edir ki, bu, Dəməşqdə yeni administrasiya rəhbərinin təhlükəsizliyi ilə bağlı məqamlarla əlaqəli ola bilər.

Aprelin 16-da İraqın baş naziri Məhəmməd əs-Sudani Suriyanın müvəqqəti prezidentinə ərəb dövlətləri liderlərinin Bağdadda keçiriləcək sammitində iştirak etməsi üçün rəsmi dəvət göndərdiyini bildirmişdi.

Mövzular:
Suriya prezident liqa sammit

Digər Xəbərlər