Sumqayıtda iki qohum YARALANDI
Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb
Sumqayıtda qohumlar tanımadıqları şəxs tərəfimdən bıçaqlanıb.
Ajans.az xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: