Partlayışla nəticələnən YANĞIN OLDU
Sumqayıtda partlayışla nəticələnən yanğın oldu
Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb.
Ajans.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən 53 nömrəli binada qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddət ərzində nəzarətə götürülərək söndürülüb.