Reklam resmi
Reklam resmi

Leysan, dolu, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Leysan, dolu, sulu qar yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət
701

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.

Bu barədə Ajans.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Mövzular:
hava rayonlar Azərbaycan leysan dolu sulu qar

Digər Xəbərlər