Reklam resmi
Reklam resmi

Qızılın qiyməti UCUZLAŞDI

Qızılın qiyməti UCUZLAŞDI
İqtisadiyyat

May ayında 3,7 faiz bahalaşan dünya qızıl qiymətləri, mayın 12-i bazar ertəsi günü, demək olar ki, dörd faiz azalaraq, 3,85 faiz itirərək bir troy unsiyası üçün təxminən 3,215 dollara düşüb.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Qiymətli metalın qiymətinin düşməsi aprelin əvvəlindən başlayan ticarət müharibəsini faktiki olaraq dayandıran ABŞ və Çin arasında bağlanmış müqavilələr barədə xəbərlər fonunda baş verib.

Qızılın qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi mayın 12-də dollar indeksinin bahalaşması (1,55 faiz, 101,7 bənd) və neftin qiymətinin bir barel üçün 66 dollara yüksəlməsi ilə müşayiət olunub.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Qızıl Ucuzlaşdı Qiymət

Digər Xəbərlər