Reklam resmi
Reklam resmi

Bakıda məşhur restoran SÖKÜLÜR

Bakıda məşhur restoran SÖKÜLÜR
Cəmiyyət

Bakı şəhərində, Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən "Şəki" restoranı sökülür.

Ajans.az "oxu.az"a istinadən xəbər verir ki, restoranın sökülməsinin səbəbi sözügedən küçələrin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.

Tikinti işləri ilə əlaqədar ətraf ərazilərdə yerləşən obyektlər plana düşüb.

Xatırladaq ki, avtomobil tunelinin inşası ilə əlaqədar tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsi - metronun ''Koroğlu'' stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır.

Mövzular:
restoran "Şəki" restoranı Bakı Həsən Əliyev Əhməd Rəcəbli küçələri sökülür

Digər Xəbərlər