Reklam resmi
Reklam resmi

100 minə yaxın uşağın I sinfə qəbul prosesi tamamlandı

100 minə yaxın uşağın I sinfə qəbul prosesi tamamlandı
Cəmiyyət

Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Bu barədə Ajans.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə – Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə – ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Xatırladaq ki, mayın 6-dan etibarən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib.

Mövzular:
I sinf qəbul 100 min uşaq birinci sinfə qəbul prosesi

Digər Xəbərlər