Reklam resmi
Reklam resmi

İmtahanda bir nəfərdə “ağıllı” saat aşkarlandı

İmtahanda bir nəfərdə “ağıllı” saat aşkarlandı
Cəmiyyət

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.

Dövlət İmtahan Mərkəzindən Ajans.az-a verilən məlumata görə, imtahan ümumilikdə 21 şəhər və rayonda 118 binada təşkil olunub.

İlkin məlumatlara əsasən, bir nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılacaq.

Mövzular:
imtahan ağllı saat DİM

Digər Xəbərlər