Reklam resmi
Reklam resmi

Metrodakı problem aradan qaldırıldı - RƏSMİ

Metrodakı problem aradan qaldırıldı - RƏSMİ
Cəmiyyət

Metronun “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyalarına şəhər şəbəkəsindən ötürülən yüksəkgərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.

Ajans.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Məlumata görə, qeyd edilən istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.

“Qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb. Bakı metrosunun stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir”, - deyə məlumatda bildirilir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
Metro Problem Aradan qaldırıldı Metroda problem

Digər Xəbərlər