Reklam resmi
Reklam resmi

Helikopter yerə çırpıldı: 1 ölü, 4 yaralı

Helikopter yerə çırpıldı: 1 ölü, 4 yaralı
Dünya

Çinin Szyansu əyalətinin Suçjou şəhərində helikopter qəzaya uğrayıb.

Ajans.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, “Robinson R44 II” helikopterinin pilotu eniş zamanı idarəetməni itirib, nəticədə aparat təxminən 10 metr hündürlükdən yerə çırpılıb.

Nəticədə 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif xəsarətlər alıb.

Əyalətin mülki aviasiya idarəsi qəzanın səbəblərini araşdırır.

Mövzular:
Helikopter Çinin Szyansu əyaləti xəsarət

Digər Xəbərlər