Ağdamda 3 otaqlı ev yandı
Ağdamda 3 otaqlı ev yanıb.
Ajans.az xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadası cəlb olunub. Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.