Manaf Ağayev oğlanlarından GİLEYLƏNDİ: “Heç biri maraqlanmır”
Tanınmış müğənni Manaf Ağayev “Rəngarəng” verilişində qonaq olarkən ailəsi haqqında danışıb və qız övladını tərifləyib.
Ajans.az xəbər verir ki, sənətçi qız övladlarının hər zaman valideynlərinə daha bağlı olduğunu deyib:
“Qızımı öpürəm, bağrıma basıram. Qız övladı başqadır. Barmağım əzilib, bəlkə 10 dəfə zəng edib ki, papa, sarığını dəyişdin? Ağrın yoxdur ki? Amma oğlanlarımın biri də zəng etməyib. Heç biri maraqlanmır. O gün balaca oğlumla soruşur ki, papa barmağına nə olub?Hələ xəbəri yox idi, çünki bir yerdə yaşamırıq”.
Manaf Ağayev sonda bütün qız övladlarına xoşbəxtlik arzulayıb:
“Allah bütün qızların bəxtini versin. Ataya, anaya qalan qız övladıdır”.
Mövzular: