Reklam resmi
Reklam resmi

“Öz kişiliyimdən utanıram” – Meqastardan qadınlara DƏSTƏK

“Öz kişiliyimdən utanıram” – Meqastardan qadınlara DƏSTƏK
Gündəm

Məşhur müğənni Tarkan son günlərdə Türkiyə gündəmini sarsıdan qadın qətlləri ilə bağlı şərh verib.

Ajans.az xəbər verir ki, meqastar İnstaqram hesabında məsələ ilə bağlı paylaşım edib. Tarkan şəhər divarları önündə öldürülən gənc qadınlar üçün etiraz edənlərin fotosunu paylaşıb. Sənətçi “Dünyada hər şey kişilərə görə olur. Şiddət, qətl, təcavüz, müharibə... Öz kişiliyimdən utanıram. Bütün qəlbimlə qadınların yanındayam”, - deyə, paylaşımında bildirib. Ulduz müğənni həmçinin qeyd edib ki, küçələrdən sahibsiz heyvanlar yerinə, psixopotları toplamaq lazımdır.

Qeyd edək ki, Tarkanla yanaşı onlarla həmkarı da sözügedən hadisələrə fikir bildirib.

Digər Xəbərlər