Kamran Əliyev yenidən Baş prokuror təyin ediləcək
Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimat Milli Məclisə daxil olub.
Ajans.az xəbər verir ki, bununla bağlı parlamentin mayın 1-nə təyin edilən plenar iclasının gündəliyində dəyişiklik edilib.
Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi.
Mövzular: