Reklam resmi
Reklam resmi

"Bu kişinin qədrini bilməliyik, Azərbaycan üçün..." - Baş Redaktor

\"Bu kişinin qədrini bilməliyik, Azərbaycan üçün...\" - Baş Redaktor
Cəmiyyət

“Bu kişinin qədrini bilməliyik. Azərbaycan üçün böyük işlər görmüş əslən İrəvandan olan və 44 ildir Belçikada yaşayan soydaşımız Ayhan Demirçi xalqımız üçün dəyərdir, canlı əfsanədir”.

Ajans.az-ın xəbərinə görə bunu Demokrat.az-ın baş redaktoru Vasif Həsənli deyib. O, bu barədə Feysbuk hesabında paylaşım edib.

O həmçinin bildirib ki, Ayhan Demirçi özünün təşəbbüsü ilə 2017-ci ildə yaşadığı Belçikanın Ham şəhər bələdiyyəsinin önündə Qarabağ atı abidəsinin qoyulmasına müvəffəq olub:

“Ayhan Demirçinin ailəsi 1918-ci ildə ermənilərin törətdiyi qırğınları zamanı Qərbi Azərbaycandan deportasiya olunaraq, İğdırda məskunlaşıb.

Ayhan bəy həm də Azərbaycan Belçika Dostluq Cəmiyyətinə rəhbərlik edir. Diasporla İş üzrə Dövlət Komitəsi bu cür insanları diqqətdən kənarda qoymamalıdır!”.

author picture
Ajans_az Muxbir
Mövzular:
Baş redaktor Diaspor

Digər Xəbərlər