Kanadada parlament seçkilərinin NƏTİCƏSİ AÇIQLANDI
Hazırkı baş nazir Mark Karninin rəhbərlik etdiyi Kanada Liberal Partiyası parlamentdə hökumət qurmaq üçün kifayət qədər yer qazanaraq seçkilərdə qalib gəlib.
Ajans.az xəbər verir ki, bu barədə CTV məlumat yayıb.
“Mark Karninin liberalları 45-ci federal seçkidə yeni hökuməti formalaşdırmaq üçün kifayət qədər yer qazanaraq hakimiyyəti qoruyublar”, - hesabatda deyilir.
Seçki ilkin olaraq 2025-ci ilin oktyabrına təyin edilmişdi, lakin baş nazir Castin Trüdo istefa verdikdən sonra onun varisi Mark Karni erkən seçki elan edib.
Əsas mübarizə dörd partiya arasında gedib: Liberal Partiya, Mühafizəkarlar Partiyası, Yeni Demokratik Partiya və “Quebécois” Bloku.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: