Rusiyada daha bir AĞIR QƏZA: Yaralılar VAR
Vladimir vilayətində aprelin 28-nə keçən gecə M8 "Xolmoqoriy" şosesində tur avtobusu ilə qəza baş verib, nəticədə onlarla insan xəsarət alıb.
Ajans.az xəbər verir ki, bu barədə KP-Vladimir məlumat yayıb.
Pskov vilayətindən Kostromaya gedən avtobus sürüşərək xəndəyə düşüb və aşıb. Salonda 55 sərnişin olub.
Həkimlər dərhal hadisə yerinə gəlib. İdarədən verilən məlumata görə, 13 nəfər xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır. Biri uşaq olmaqla 16 zərərçəkənə hadisə yerində yardım edilib. Altı sərnişin əlavə müayinədən keçir. Səhiyyə Nazirliyi bütün zərərçəkənlərə lazımi tibbi yardımın göstərildiyini vurğulayıb. Həkimlərin işi Federal Fəlakət Tibb Mərkəzi tərəfindən əlaqələndirilir. Teletibb vasitəsilə məsləhətləşmələr üçün federal klinikalardan mütəxəssislər gətirilib.
Qəza gecə saat 02:40 radələrində Yaroslavl vilayəti ilə sərhədə yaxın olan Aleksandrovski rayonunda baş verib. Regional İstintaq Komitəsi cinayət işi açıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.