Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək.
Ajans.az xəbər verir ki, seçkilərdə ümumilikdə 16 partiya iştirak edəcək və qalib gələn siyasi qüvvənin lideri ölkənin 25-ci baş naziri olacaq.
Növbəti seçki oktyabrda keçirilməli idi. Lakin Castin Trüdo martın əvvəlində baş nazir və Kanadanın hakim Liberal Partiyasının lideri vəzifəsindən istefa verdikdən sonra onun varisi Mark Karni bazar ertəsi növbədənkənar seçki elan edib.
Karni liberalların çoxluğa malik olmadığı parlamentdə etimad səsverməsində uğursuz ola bilər və demək olar ki, dərhal baş nazir vəzifəsini itirə bilər.
Trüdonun istefasından sonra liberalların xalq tərəfindən dəstəyi kəskin şəkildə artıb, çünki kanadalılar kabinetin ABŞ-lə tarif müharibəsini bəyənirlər. Bu şəraitdə Karni ictimai dəstəkdən istifadə etməyə və çoxluq höküməti qurmağa ümid edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.