Reklam resmi
Reklam resmi

“Aparıcıları dəyişdirmək lazımdır!” - Nazilə Səfərli

“Aparıcıları dəyişdirmək lazımdır!” - Nazilə Səfərli
Şou Biznes

Tanınmış şairə və aparıcı Nazilə Səfərli televiziya sektorunda mövcud vəziyyətlə bağlı sosial şəbəkədə sərt fikirlər səsləndirib.

Ajans.az xəbər verir ki, o, “Instagram” hesabında paylaşdığı videoda aparıcıları və veriliş redaktorlarını tənqid edib.

Nazilə Səfərli bildirib:

“Çözüm tapmışam. Televiziyada müğənnilərin, qiraətçilərin, bir sözlə tanınmışların lazımsız sözlər işlətməsinin qarşısını almağın yolunu tapmışam aparıcıları dəyişmək lazımdır. Allah haqqı düz deyirəm! Aparıcıları, yerli-yersiz, dəxlisiz, yöndəmsiz sual verən redaktorların hamısını işdən çıxarmaq lazımdır”.

O, əlavə edib ki, universitet bitirib jurnalistika sahəsində təhsil alan gənclərin çoxu iş tapa bilmir:

“Ali məktəb oxuyanların heç birinin işi yoxdur. Xəbəriniz var? Jurnalistika bitirənlərin hamısı acından ölür. Yoldan ötən, onun dostu, bunun dostu efirdədir. Onları qovmaq lazımdır. Savadlı, düzgün kadrlara ehtiyac var. Onda görək həmin müğənni nə deyə bilər.”

Nazilə Səfərlinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirə olunmağa başlayıb.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

author picture
Ajans muxbir
Mövzular:
NAZİLƏ SƏFƏRLİ ŞOU AJANS

Digər Xəbərlər