Reklam resmi
Reklam resmi

"Minsk qrupunun fəalliyətinə davam etməsi məntiqsizdir" - XİN rəhbəri

\"Minsk qrupunun fəalliyətinə davam etməsi məntiqsizdir\" - XİN rəhbəri
Gündəm

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirdiyi birgə mətbuat konfransında Ermənistan Konstitusiyasında dəyişikliklərin zəruriliyini vurğulayıb.

Ajans.az xəbər verir ki, nazir konfrans zamanı qeyd edib ki, Azərbaycan tərəfi eyni zamanda Minsk qrupu və onunla əlaqəli qurumların ləğv olunması məsələsini də qarşı tərəfə çatdırıb:

“Minsk qrupu vaxtilə Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı. Lakin bu gün həmin məsələnin artıq mövcud olmaması fonunda belə bir qurumun fəaliyyətini davam etdirməsi məntiqsiz görünür,” – deyə Bayramov bildirib.

Digər Xəbərlər