Reklam resmi
Reklam resmi

Prezident SƏRƏNCAM İMZALADI

Prezident SƏRƏNCAM İMZALADI
Cəmiyyət
2988

Həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin formanı artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”ndə, “Zəfər Günü”ndə və “Anım Günü”ndə daşıya biləcək.

Ajans.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və istefaya buraxıldıqları dövlət orqanının (qurumun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”ndə, “Zəfər Günü”ndə və “Anım Günü”ndə daşıya biləcəklər.

Mövzular:
Prezident sərəncam hərbi xidmət geyim forması

Digər Xəbərlər