Sərnişinə görə təyyarə təcili eniş etdi - ŞOK SƏBƏB
Avropada pilotlar bir sərnişinə görə təyyarəni təcili eniş etdirmək məcburiyyətində qalıblar.
Ajans.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, insident Sürixdən Helsinkiyə uçan təyyarədə baş verib. Uçuş zamanı 42 yaşlı Finlandiya vətəndaşı həmyerlilərinə qarşı həddindən artıq aqressiv davranıb – o, bir neçə nəfərin üzərinə tüpürüb, həmçinin stüardessaya hücum edib.
Sərnişinin qeyri-adekvat davranışı səbəbindən pilotlar Berlinə planlaşdırılmamış eniş etmək məcburiyyətində qalıblar. Orada federal polis əməkdaşları sərnişini saxlayıb və qanında 1,27 ppm alkoqol aşkar ediblər. Nəticədə qaydanı pozan şəxs 2,2 min avro cərimə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: