Reklam resmi
Reklam resmi

“Əflatun mənə yalvarırdı…” – Mənzurə Musayeva

“Əflatun mənə yalvarırdı…” – Mənzurə Musayeva
Şou Biznes

Müğənni Mənzurə Musayeva həmkarı Əflatun Qubadovla bağlı qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Ajans.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Rəngarəng” verilişinin qonağı olan sənətçi Əflatun Qubadovun sənət dünyasında tanınmaq üçün ona müraciət etdiyini bildirib.

Mənzurə Musayeva veriliş zamanı belə deyib: “Əflatuna toy oxumağı mən öyrətmişəm. O, mənə yalvarırdı ki, onunla toya ucuz qiymətə gedim. Hətta mənim xəbərim olmadan, adımdan istifadə edərək toy danışırdı. Mən də qəlbi sınmasın deyə hörmət edib, razılaşırdım və onunla birlikdə ucuz qiymətə çıxış edirdim. Siz onu Əflatun Qubadov kimi tanıyırsınız, amma mən onu hələ adi bir müğənni olduğu vaxtdan tanıyıram.”

author picture
Ajans muxbir
Mövzular:
MƏNZURƏ MUSAYEVA ƏFLATUN QUBADOV ŞOU

Digər Xəbərlər