Reklam resmi
Reklam resmi

Daha bir hərbi komissar saxlanıldı

Daha bir hərbi komissar saxlanıldı
Hadisə
986

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.

Ajans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polkovnik-leytenant külli miqdarda rüşvət almaqda ittiham olunur.

X.Babayev bundan əvvəl Xidmətin Goranboy, daha sonra Ağdam rayon bölməsinin rəisi olub.

İş üzrə ilkin istintaq aparılır.

Qeyd edək ki, bu yaxınlarda bir neçə indiki və sabiq hərbi komissar mənimsəmə və rüşvət almaya görə həbs edilib.

Mövzular:
istintaq hərbi komissar rüşvət

Digər Xəbərlər