Reklam resmi
Reklam resmi

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
Cəmiyyət
883

Paytaxtın bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Ajans.az” xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Nərimanov rayonu, Dəmirçizadə küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə sayğacların giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədi ilə aprelin 25-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nərimanov rayonunun Xətai prospektinin, Ə.Dəmirçizadə və Ə.Əlizadə küçələrinin, Sabunçu rayonunun isə H.Cavid, N.Axundzadə, Y.Əliyev, eləcə də M.Hacinski küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

author picture
Ajans muxbir
Mövzular:
QAZ AZƏRİQAZ

Digər Xəbərlər