Reklam resmi
Reklam resmi

Pomidor-xiyar nə vaxt ucuzlaşacaq? - AÇIQLAMA

Pomidor-xiyar nə vaxt ucuzlaşacaq? - AÇIQLAMA
Cəmiyyət

2025-ci ilin aprel ayının sonuna yaxın Azərbaycanda pomidor və xiyarın qiymətləri hələ də yüksək olaraq qalır. Hazırda bazarlarda pomidorun bir kiloqramı 5-6manata, xiyar isə 3-4manata təklif olunur.

Maraqlıdır, bu qiymət artımının əsas səbəbi nədir və yaxın müddətdə ucuzlaşma gözlənilirmi?

Məsələ ilə bağlı "Ajans.az" a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, pomidor, xiyar və digər tərəvəzlərin qiymətinin ötən illərlə müqayisədə daha baha olmasının əsas səbəbi istehsalçıların xərclərinin artmasıdır:

‘’Keçən ilin ikinci yarısından etibarən dizel və benzin yanacağının qiymətinin artması, bu ilin yanvar ayından isə işıq və qaz tariflərinin yüksəlməsi, xüsusilə istixana şəraitində yetişdirilən məhsullar üçün ciddi əlavə xərc yaradıb. Pomidorun yetişdirilməsi və saxlanılması prosesində enerji xərcləri əsas xərc elementlərindən biridir.

 Bundan əlavə, 2024-cü ilin yanvar ayında minimum əməkhaqqının artırılması və ötən il orta əməkhaqqının təxminən 8 faiz yüksəlməsi də tərəvəz istehsalçılarının ümumi xərclərinə təsir göstərib. Hazırkı mərhələdə açıq tarladan yığılan məhsullar hələ bazara çıxmayıb. Pomidor və xiyar hələ mövsümündə deyil. Mövsüm yaxınlaşdıqca qiymətlərdə müəyyən azalma müşahidə olunacaq. Lakin qiymətlərin əvvəlki illərlə müqayisədə daha yüksək qalacağı gözlənilir’’.

author picture
Ajans muxbir
Mövzular:
XİYAR POMİDOR QİYMƏT

Digər Xəbərlər